Rüfət Dadaşovun qolu “Moyzelvits”ə qələbə gətirib

Almaniyanın Şimal-Şərq regional liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu “Moyzelvits” doğma meydanda “Viktoriya 1889 Berlin”lə qarşılaşıb.

Ev sahibləri bu matçda qələbə qazanıb – 1:0. Görüşə start heyətdə başlayan həmvətənimiz yenə 90 dəqiqə meydanda olub. Komandasına qələbə qazandıran qola 31-ci dəqiqədə məhz Rüfət vurub.

13 turdan sonra “qırmızı-qaralar” 12 xalla 18 komanda arasında 12-ci yerdədir.

Həmin kateqoriyadan