Qustavo Paradeda: Azərbaycan Avropa çempionatında bizi xoş mənada təəccübləndirdi

Rusiya millisinin qapıçısı Qustavo Lobo Paradeda AÇ-2016-nın favoritlərindən danışarkən, Azərbaycan fuzalçılarına da toxunub. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Həmişəki kimi, birinci yerə İspaniya, İtaliya, Portuqaliya və təbii ki, bizim komandamız iddialıdır. Bu dördlüyə artıq alışmışıq. Amma təcrübə göstərir ki, son Avropa çempionatlarında həmişə sürprizlər olur.

Məsələn, Xorvatiya və Azərbaycan son qitə birinciliklərində xoş mənada təəccübləndirdi. Fikrimcə, Serbiyadakı çempionatda da kimsə özünü yaxşı tərəfdən göstərəcək”.

Həmin kateqoriyadan