Ruslan Qurbanov: “Neftçi”yə əsl mübarizəni göstərəcəyik

“Səbail” Topaz premyer liqasının 12-ci turunda “Neftçi” ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, noyabrın 25-də keçiriləcək ev oyunu ilə bağlı “aslanlar”ın hücumçusu Ruslan Qurbanov bunu deyib:

““Neftçi” ilə oyuna ciddi hazırlıq gedir. Biz müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Birinci oyunda məğlub olmağımıza baxmayaraq, motivasiya baxımından problemimiz yoxdur.

“Neftçi” çempionatın lideridir və bu, doğrudan da, çox gərgin oyun olacaq, amma biz onlara doğma divarlarımız arasında əsl mübarizəni göstərəcəyik”.

Həmin kateqoriyadan