“Səbail” – “Qarabağ” görüşü təxirə salınıb

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
Allsport.az saytı xəbər verir ki, ölkəmizi çempionlar liqasında təmsil edən “köhlən atlılar” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə ölkə çempionatının 4-cü turunda  “Səbail”lə matçın başqa tarixə keçirilməsini istəyib.
Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan qurum sentyabrın 8-nə nəzərdə tutulan “Səbail” – “Qarabağ” matçını dekabrın 8-nə keçirib.

Həmin kateqoriyadan