Sənan Qurbanov: “Qarabağ”ın təzyiqinə sonadək dözə bilmədik

Premyer liqasının 2-ci turunda “Qəbələ” səfərdə “Qarabağ”a 0:3 məğlub olub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransı qonaq komandanın baş məşqçisi Sənan Qurbanov açıqlama verib:

““Qarabağ”a qarşı oynadıq. Çalışırdıq ki, müdafiədə səhvsiz oynayaq. Bu, sadəcə, 45 dəqiqə yetərli oldu. Rəqibin təzyiqinə sonadək dözə bilmədik. Gənc futbolçularımız bir az səbirsizlik göstərdilər. Sadə bir epizodda səhvimizdən qapımıza penalti təyin olundu.

Bundan sonra komandada inamsızlıq yarandı və hesab böyüdü. Bu vəziyyətdən çıxmağa, futbolçuları toparlamağa çalışacağıq. Qarşıda hələ çox oyun var. Yusif Nəbiyev də zədəli olub komanda məşqlərindən kənar qaldığı üçün məcburiyyətdən Sadiq Quliyevi müdafiənin solunda oynatdıq.

Kənardan izləmək ağırdır. Komandanın bu durumda olması çətindir. Futbolçularımız gənclərdir, rəqib də “Qarabağ”dır. Onlara kompakt oynamaq, vuruşmaq tapşırmışdıq. Amma topa nəzarət rəqibdə oldu”. 

Həmin kateqoriyadan