Sənan Qurbanov: Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var

Topaz premyer liqasının yeni mövsümünə hazırlıq çərçivəsində “Qəbələ” səfərdə “Keşlə” klubuna 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Yeni mövsüm öncəsi son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də premyer liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir”.

23 yaşlı mütəxəssis ilk turdakı rəqib və çempionat haqda da danışıb: “Səbail” yenilənmiş komandadır. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardır. Bu il komandalar heyətini gücləndirib. “Keşlə”ni də bugünkü qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək”.

Həmin kateqoriyadan