“Sabah”da serbiyalı hücumçu

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki. ukraynalı hücumçu Marko Deviçlə 2-illik müqavilə bağlanıb.

O, 1983-cü il oktyabrın 27-də Serbiyanın paytaxtı Belqradda doğulub. O, karyerası ərzində Serbiyanın “Zvezdara” (2000-2002), “Jeleznik” (2002-2003), “Radniçki” (2003-2004), “Vojdovaç” (2004), Ukraynanın “Volın” (2005-2006), “Metallist” (2006-2012, 2013-2014), “Şaxtyor” (2012-2013), Rusiyanın “Rubin” (2014-2016), “Rostov” (2017) və Qətərin “Əl Rayyan” (2015) komandalarının şərəfini qoruyub.

Onun son klubu Lixtenşteyn “Vadus”u olub. Marko 2008-2014-cü illər aralığında Ukrayna millisinin üzvü olub. O, yığmada keçirdiyi 35 oyunda 7 qol vurub. Yeni transfer 9 nömrəli futbol geyimində çıxış edəcək.

Həmin kateqoriyadan