“Sabah”ın baş məşqçisi: Hesabı bərabərləşdirməyə həm gücümüz, həm də vaxtımız çatmadı

“Sabah” öz meydanında “Keşlə”yə 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Elşad Əhmədov məğlubiyyətə belə şərh verib:

“İlk hissədə zəif oynadıq. Rəqib yaxşı pressinq edirdi. Müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Rəqib bundan istifadə etdi və qol vurdu. Cinahlarda boşluqlarımız var idi. Bu, aşkar hiss olunurdu. İkinci hissədə bu çatışmazlığı düzəltdik. Lakin buna baxmayaraq, qapımızda növbəti qolu gördük.

İkinci hissədə, hesab 0:2 olduqdan sonra uşaqlar daha əzmlə mübarizə apardılar. Deməzdim ki, baxımlı oyun göstərdilər, lakin sona kimi vuruşdular. Bunun da nəticəsində hesab arasındakı fərqi azaltdıq. Ancaq hesabı bərabərləşdirməyə həm gücümüz, həm də vaxt çatmadı. “Keşlə” komandasını qələbə münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan