Soni Mustivar: “Sumqayıt”a qarşı oynamaq asan deyildi

“Neftçi”nin yarımmüdafiəçi Soni Mustivar “Sumqayıt”la oyun barədə danışıb. Allsport.az saytı xəbər verir ki, qolsuz heç-heçəyə təəssüf hissi keçirən haitili futbolçu, gələn il itirilmiş xalları sığortalamağa çalışacaqlarını bildirib:

“Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq.

Hesabı açmaq üçün fürsətlərimiz oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.

Həmin kateqoriyadan