“Spartak” “Krasnodar”ı məğlub yola saldı

Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Krasnodar” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Matç “Qəbələ”nin rəqibinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Krasnodar” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan