“STATSports” ilə əməkdaşlıq

“Sumqayıt” klubu dünyaca məşhur “STATSports” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Allsport.az saytı xəbər verir ki, anlaşmanın şərtlərinə əsasən, klub şirkətin xidmətindən istifadə edəcək və onun müqabilində oyun geyimlərinin qol nahiyəsində həmin şirkətin tanınma nişanı yer alacaq. Sözləşmə gələn ilin sonuna qədər qüvvədə olacaq.

Qeyd edək ki, “Yuventus”, “Roma”, “Mançester Yunayted”, “Mançester Siti”, PSJ, “Liverpul”, “Tottenhem” kimi Avropa nəhəngləri məhz “STATSports”la əməkdaşlıq etməkdədir.

Həmin kateqoriyadan