“Sumqayıt” klubu “Qarabağ”la görüşdə bir hissə tab gətirdi

Bu gün premyer liqada 6-cı tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Sumqayıtın eyni adlı komandasını qəbul edib.

Son illərin dəyişməz çempionu ilk hissədə hesabda geri düşsə də, növbəti yarıda matçda dönüş yaradıb. Ardıcıl 4 qol vuran Qurban Qurbanovun komandası çempionatda itkisiz irəliləməkdə davam edir.

Həmin kateqoriyadan