Tərlan Əhmədov: Azarkeşlərimizin komandanın oyunundan aldığı zövq bizi sevindirir

“Neftçi” klubu premyer liqanın 10-cu turunda evdə “Sumqayıt”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında bunu deyib:

“İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə dəstək olub gözəl atmosfer yaratdılar. Fanatlarımızın komandanın oyunundan aldığı zövq bizi sevindirir, işimizi daha da istəkli yerinə yetiririk. “Kəpəz”lə Gəncə qələbəsindən sonra ən ağır qarşılaşmalarımızdan birinin “Sumqayıt”la olacağını vurğulamışdım.

Çünki bu komanda meydanda çox işgüzardır. Amma bəzi zəif cəhətləri var ki, onların da üzərində işləmişdik. “Sumqayıt” adətən son 20-25 dəqiqə ərzində müdafiəyə çəkilir ki, biz isə bundan istifadə edib hücumu gücləndirdik və bəhrəsini gördük.

Hər iki komandanın ifasında gözəl oyun izlədik. Mübarizə aparıb əzmkarlıq göstərərək qələbə qazandıq. Buna görə oyunçulara təşəkkür edirəm. Bu futbolçularla işlədiyim üçün qürur duyuram”.

Həmin kateqoriyadan