Tərlan Əhmədov: “İlk hissədə daha inamlıydıq”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqasının 9-cu turunda “Qəbələ”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 qalib gəldikləri görüşdən razı qalıb:

“Bu matçda xeyli sayda qol epizodları yaratdıq. Birinci hissədə komanda çox inamlı təsir bağışladı. Fasilədən sonra rəqib daha istəkli idi.

Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Bizi növbəti həftə daha çətin oyun gözləyir. Qısa fasilədən sonra artıq “Səbail” ilə matçın hazırlıqlarına start verəcəyik”.

Həmin kateqoriyadan