Tərlan Quliyev: “Milli növbəti seçmə mərhələdə əvvəlkindən daha yaxşı çıxış etməlidir”

Noyabrın 17-də Moldova ilə yoxlama oyununda azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirən yığma komandamız ili qalibiyyətlə başa vurdu. Allsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda “Kəpəz”in futbolçusu Tərlan Quliyev də oynamaq şansı qazanıb.

O, Gəncə klubunun saytına Moldova ilə oyunla bağlı fikirlərini bölüşüb: “Millinin baş məşqçisi bu oyunda gənclərə üstünlük verdi. Düzdür, ilk hissədə əsas heyətdən bir-iki futbolçu yox idi. Amma fasilədən sonra yoxlanışa çağırılanlar oynadı. Milliyə dəvət olunan hər bir futbolçu meydanda canını qoymağa, azarkeşləri qələbə ilə sevindirməyə çalışır. Dünya çempionatının seçmə oyunlarına hazırlaşmaq lazımdır. Əvvəlkindən daha yaxşı çıxış etməliyik”.

Həmin kateqoriyadan