Topaz premyer liqasının yeni mövsümü: 1 debüt, 2 yubiley

Bu həftə Topaz premyer liqasında 2018/19 mövsümünə start veriləcək. Allsport.az saytı xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışın ilk turu bir debütlə əlamətdar olacaq. 1-ci diviziondan yüksək dəstəyə çıxmaq hüququ verilən “Sabah” ilk dəfə güclülər arasında mübarizə aparacaq.

Debütant yarışın tarixinə yubiley – 60-cı komanda kimi düşəcək. Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb. Premyer liqanın digər 7 iştirakçısından ikisi isə bütün çempionatlara qatılıb. Bunlar ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ”dır.

Arxada qalan 26 çempionatda hərəyə 749 matç keçirən Bakı və Ağdam təmsilçisi ilk turda yubiley qeyd edəcək. Hər iki komanda ölkə çempionatlarında 750-ci matçına çıxacaq. “Neftçi” yubileyi “Sumqayıt”, “Qarabağ” isə “Zirə” ilə matçda qeyd edəcək.

Həmin kateqoriyadan