“Topçular” rəsmən açıqladı: Henrix Mxitaryan Bakıya gətirilmir!

İngiltərənin “Arsenal” klubu Henrix Mxitaryanı Avropa liqasının Bakı finalına gətirib-gətirməyəcəyi ilə bağlı rəsmi qərarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “topçular” erməni futbolçunun Bakıya gətirilməyəcəyi bəyan edib:

“Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur”.

Xatırladaq ki, “Arsenal” mayın 29-da həlledici görüşdə həmşəhərlisi “Çelsi” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan