“Turan Tovuz”a danışılmış oyunlarla bağlı seminar

Bu gün Tovuz şəhər stadionunda 1-ci divizionda mübarizə aparan “Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, təqdimatla çıxış edib.

Bir müddət əvvəl “Səbail” və “Kəpəz” klubunun üzvləri üçün də belə toplantıtəşkil olunub.

Həmin kateqoriyadan