Türkiyənin 3 məşhur klubu Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib

“Beşikdaş”, “Qalatasaray” və “Fənərbağça” futbol komandaları sosial şəbəkələrdə rəsmi hesablarında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı paylaşım ediblər.

Allsport.az saytı xəbər verir ki, Türkiyə klublarə rəsmi Feisbuk, Tvitter və İnstaqram” səhifələrində bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib. Hər üç səhifədə “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Bir millət, iki dövlət” yazısı yer alıb.

İstanbul təmsilçiləri, həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu paylaşıblar.

Həmin kateqoriyadan