UEFA nümayəndəsi millimizin Bakı olimpiya stadionunda son məşqinə icazə verməyib

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində sabah Norveçə qarşı keçirəcəyi oyun öncəsi bu gün son məşqə çıxmalı idi. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın Bakı olimpiya stadionunda hazırlığı baş tutmayıb. Buna səbəb, matça təyin olunmuş UEFA nümayəndəsinin həmin arenada məşq etməsinə icazə verməməsi olub. O, qazonun daha da korlanacağından ehtiyatlandığı üçün belə qərar qəbul edib.

Məsələ burasındadır ki, millimizdən təxminən bir saat öncə bu arenada məşq edən Norveç yığmasının hazırlığından sonra qazonda müəyyən problemlər yaranıb. Bu üzdən, yığmamız stadionun ehtiyat meydançasında məşq etmək məcburiyyətində qalıb. Xatırladaq ki, bu komandalar arasında görüş sabah saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan