- Baxış sayı: 34
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
UEFA-nın intizam komitəsi Tiflis “Dinamo”sunun apellyasiya şikayətini rədd edib. Allsport.az saytı xəbər verir ki, qərara əsasən Avropa liqasının 3-cü ələməsində Niderlandın “Feyenoord” klubu ilə cavab görüşü azarkeşsiz keçiriləcək.
Üstəlik, Gürcüstan təmsilçisi 50 min avro cərimələnib. Buna səbəb, 2-ci təsnifatda “Qəbələ” ilə əvəz matçında yerli azarkeşlərinin irqçi davranışları olub. Bundan savayı, “Feyenoord”la qarşılaşma zamanı Boris Payçadze adına “Dinamo” stadionunda “#EqualGame” banneri asılmalıdır.
Oyun avqustun 15-də keçiriləcək.