LAYİHƏ
Ulduzlar sönmür – Anatoli Banişevski 71!

Bu gün Azərbaycan futbolunu əvsanəsi Anatoli Banişevskinin 71 yaşı tamam olur. Öm­rü bo­yu Azər­bay­ca­na sa­diq ol­muş To­lik haq­da yazmaq asan deyil. Çunki həmişə nəyisə qələmə alanda, sonradan onun haqqında bilmədiyimiz bir şey ortaya çıxır. Nə isə… İndi bildiklərimdən yazıram.
Fut­bol da­hi­lər üçün və ya da­hi­lər oyu­nu de­yil. Bu mə­nim üçün ak­si­om­dur. An­caq bü­tün qay­da­lar top­lu­sun­da ol­du­ğu ki­mi, bu­ra­da da is­tis­na­sız ötüş­mür. Pe­le­ni dün­ya fut­bol ic­ti­ma­iy­yə­ti da­hi sa­yır – ümu­mi for­ma­laş­mış fik­rə hör­mət əla­mə­ti ki­mi, tu­ta­lım, bu­nu be­lə də qə­bul edi­rəm. Bəl­kə hə­qi­qə­tən be­lə­dir? Am­ma zövq­lər müx­tə­lif­dir və mü­za­ki­rəo­lun­maz, mü­qa­yi­səo­lun­maz­dır. Mə­nim­çün ipə-sa­pa yat­maz Qar­rin­ça, müş­tə­beh Ma­ra­do­na da­ha ül­vi və bə­şə­ri gö­rü­nür. O cüm­lə­dən, bi­zim “Ban­ya”, “Ba­nış” – Ana­to­li Ba­ni­şevs­ki.

Tanrının bəxşişi

Həyatda inan­dı­ğım bir şey də var: se­çil­miş­lə­rin ta­le­yi hə­ya­tın lap əv­və­lin­dən xü­su­si­lə­şir, rəmz­lə­rin sirr dün­ya­sı­na çev­ri­lir. Elə bu­na gö­rə do­ğum gü­nü də tə­sa­dü­fi ol­maz. Mü­ha­ri­bə dəh­şət­lə­rin­dən ilk dinc­lik ili­nin hər­bi or­du gü­nün­də – 1946-cı il fev­ra­lın 23-də dün­ya­ya göz aç­mış­dı. Ni­şa­nə de­yil, bəs nə­dir?
Həm­ya­şıd ta­nış­la­rı da xa­tır­la­yır­mış­lar ki, o, lap uşaq­lıq­dan, ana­sı onun mə­həl­lə­də top qov­maq­dan zor­la dar­tıb evə apar­dı­ğı vaxt­lar­dan bir gün fut­bol­çu hə­ya­tı ya­şa­ya­ca­ğı­na əmin­miş. Elə bu­na gö­rə top­dan ay­rıl­maq is­tə­məz­miş.
Ni­ko­lay Mo­ro­zov onu so­vet yığ­ma­sı­na cəlb edən­də 19 ya­şın­day­dı: 1965-ci il iyu­lun 4-də, özü də dün­ya fut­bo­lu­nu sil­kə­lə­miş, əsl fut­bol sehr­baz­la­rı­na – Bra­zi­li­ya seç­mə­si­nə qar­şı Mosk­va­da­kı oyun­da. An­caq ul­du­zu­nun par­la­ya­ca­ğı gün o qə­dər də uzaq­da de­yil­di. İki ay son­ra Pi­rey­də, Dün­ya Ku­bo­ku­nun seç­mə oyu­nun­da yu­nan­la­rı tək­ba­şı­na yen­di. O vaxt bü­tün öl­kə ba­kı­lı fit­ri is­te­dad sa­hi­bin­dən da­nış­ma­ğa baş­la­dı. Dər­hal so­vet fut­bol mək­tə­bi­nin ma­es­tro­su Bo­ris Ar­kad­ye­vin bir mü­sa­hi­bə­si­ni ya­da sal­dı­lar: “Biz­də bir oğ­lan ye­ti­şir… Tan­rı­nın bəx­şi­şi­dir”. Söy­lə­yir­lər ki, Ba­ni­şevs­ki­nin hə­qi­qi is­te­da­dı­nı kəşf et­miş, tə­ri­fə xə­sis mü­tə­xəs­sis 15 yaş­lı ye­ni­yet­mə­ni gö­rən ki­mi “o ya əsl da­hi ola­caq, ya da mən fut­bol­dan heç nə qan­mı­ram” de­yib­miş.

«Onun qiyməti 150 min funtdur»

So­vet fut­bo­lu­nun şan­lı sə­hi­fə­lə­rin­dən bi­ri isə qa­baq­day­dı və qəh­rə­man­lar sı­ra­sın­da müt­ləq bi­zim “Ban­ya” da ola­caq­dı. 8 oyu­na 7 qol çox şe­yi de­mə­li­dir. Xü­su­sən, Cə­nu­bi Ame­ri­ka sə­fə­ri yad­daş­lar­dan si­lin­məz. Mon­te­vi­deo­nun mun­di­al­la­rın ilk fi­na­lı­na şa­hid ol­muş “Sen­te­na­rio”su, Bue­nos-Ay­re­sin möh­tə­şəm der­bi­lər mə­ka­nı “Ri­ver Pleyt” və nə­ha­yət, “Ma­ra­ka­na”. Üst-üs­tə ya­rım mil­yon in­san onun oyu­nu­na va­leh ol­du – özü də ha­ra­lar­da! 21 no­yabr 1965-ci il. 123-min­lik “Ma­ra­ka­na” se­vim­li sehr­baz­la­rın­dan asan qə­lə­bə göz­lə­yir. 58-ci də­qi­qə he­sab 2:0-dır. Az qa­lıb. An­caq elə bu an Man­qa­nın qa­pı xət­tin­dən oyu­na da­xil et­di­yi to­pa təx­mi­nən 30 metr mə­sa­fə­də da­yan­mış “Ban­ya” göz­lə­nil­məz re­ak­si­ya ve­rir və onun ba­şın­dan sə­kən top bu­me­ranq ki­mi ge­ri qa­yı­dıb to­ra da­xil olur. Tri­bu­na­lar so­vet fut­bo­lu­nun Bra­zi­li­ya yığ­ma­sı­nın qa­pı­sın­dan ke­çir­dii­yi ilk ta­ri­xi qo­la mat qal­dı­ğı, fut­bol­çu­lar özü­nə gəl­mə­yə ma­cal tap­ma­dı­ğı bir vaxt­da, he­sab bə­ra­bər­lə­şir, so­vet mil­li­si tur­ne­dən 1 qə­lə­bə və 2 heç-he­çə ilə qa­yı­dır. Son­ra məş­hur 1966-cı il və SSRİ-nin Dün­ya Ku­bo­ku ta­ri­xin­də tək­rar olun­ma­ya­caq nə­ti­cə­si – 4-cü yer də var.
İn­gil­tə­rə­nin baş na­zi­ri Harold Vil­son dün­ya çem­pio­na­tın­dan son­ra Ana­to­li Ba­ni­şevs­ki­nin əli­ni sı­xa­raq: “Ba­kı nef­ti öl­kə­ni­zin iq­ti­sa­diy­ya­tı üçün nə qə­dər la­zım­dır­sa, si­zin oyu­nu­nuz da ko­man­da­nız üçün o, qə­dər va­cib­dir”- de­miş­di.
Onun 20 ya­şın­da ikən gös­tər­di­yi oyun haq­da di­gər da­hi şəx­siy­yə­ti­miz, mər­hum To­fiq Bəh­ra­mo­vun xa­ti­rə­lə­ri də özəl maraq kəsb edir: “1966-cı il­də SSRİ – İta­li­ya qar­şı­laş­ma­sı­na də­rin hə­ya­can his­si ilə ba­xır­dım. O, gün həm­yer­li­miz Ana­to­li Ba­ni­şevs­ki yax­şı oy­na­yır­dı. Onun fə­al­lı­ğı ital­yan­la­rın qa­pı­çı­sı Al­ber­to­zi­ni və mü­da­fiə­çi­lə­ri da­im gər­gin və­ziy­yət­də sax­la­yır­dı. “Dey­li eks­press” qə­ze­ti­nin id­man şərh­çi­si bil­di­rir­di ki, çə­tin tə­ləf­füs edi­lən Ba­ni­şevs­ki fa­mi­li­ya­sı­nı get­dik­cə da­ha çox adam ta­nı­yır. Şərh­çi ya­zır­dı ki, o, hər kə­sin və ha­mı­nın ar­zu­la­dı­ğı bir mər­kəz hü­cum­çu­su­dur: ba­şı ilə əla oy­na­yır, çox gö­zəl yer se­çir və da­im qol vur­maq hə­və­si­nə ma­lik­dir”.
“Dey­li meyl” qə­ze­ti isə ya­zır­dı ki, bu cür hü­cum­çu­nun bey­nəl­xalq fut­bol ba­za­rın­da ən azı 150 min funt ster­linq qiy­mə­ti var”.

Hər şa­ir Pa­ris­ öl­mür

Hə­lə 1972-ci il qi­tə çem­pio­na­tı­nın lə­nət ol­muş fi­na­lı – AFR-ə məğ­lu­biy­yət­dən (0:3) son­ra so­yu­nub-ge­yin­mə ota­ğı­na da­xil ol­muş mə­sul par­ti­ya iş­çi­si­nə ver­di­yi sərt ca­va­bın ağ­rı-acı­sı da var. O vax­ta­dək onu qo­ru­maq müm­kün olur­du. Hət­ta 1971-ci il­də 5 həm­ka­rı ilə bir­gə “id­man in­ti­za­mı­nı ko­bud şə­kil­də poz­du­ğu­na gö­rə” ve­ri­lən hök­mü yum­şal­dıl­mış­dı (….). Ba­tis­kaf­sız enii­şin də­rin qat­la­rı­na yol be­lə apa­rır­dı. Bu ipin bir ucu isə çox əv­və­lə – “Neft­çi”nin 1966-cı il­də­ki bü­rünc ey­fo­ri­ya­sı­na apa­rıb çı­xa­rır. Ye­kun – “Neft­çi”nin 4 il sü­rü­nə­cə­yi aşa­ğı dəs­tə və ul­duz­la­rın if­la­sı­dır.
27 ya­şın­da, hə­lə bö­yük iş­lə­rə qa­dir ol­du­ğu bir vaxt­da fut­bo­lu tərk et­mə­si və son­ra ko­man­da­ya kö­mək et­mək üçün qa­yıt­ma­sı.
O vaxt­la­rı çox çöz­mək olar: Ni­yə? Nə üçün? Ne­cə? su­al­la­rı­nın ta­ri­xi-fəl­sə­fi mə­qam­la­rı­na to­xun­maq olar. Bir şe­yin ki, so­nu fəl­sə­fə­dir, onu çöz­mək­mi olar? “Ni­yə­si”, “ne­cə­si” ge­cik­miş qa­ta­rın da­lın­ca bax­maq­dan baş­qa bir şey de­yil.
Biz is­te­dad qa­zan­dıq, is­te­da­dı qo­ru­ya bil­mə­dik, itir­dik. Özü də ne­cə – ye­kun bu­dur. Çöz­mək is­tə­yən­lə­rə də de­yər­dim: bax, hər şe­yə elə bu­ra­dan – lap son­dan, la­zım gəl­sə, so­nun əv­və­lin­dən baş­la­yın. İs­tə­sə­niz, qı­sa xro­ni­ka­da son­ra­sı­na da nə­zər sa­lın: 80-ci il­lə­rin əv­və­lin­də özü­nü “Neft­çi”yə həsr et­mək is­tə­yi ilə yer al­dı­ğı məşq­çi­lər kor­pu­sun­dan if­ti­ra ilə yo­la sa­lın­ma­sı, ar­dın­ca – böl­gə­lər­də məşq­çi­lik, son­ra şə­kər ko­ma­sı, xəs­tə­lik­lər top­lu­su, bu­na bax­may­raq, ax­ta­rış­lar, Bur­ki­na Fa­so ma­cə­ra­sı, Və­tə­nə dö­nüş, sev­gi, ai­lə fa­ciə­si və özü­mə inan­ma­dı­ğım gün – 1997-ci ilin 10 de­kab­rı.
Onun haq­qın­da bir­cə şey hə­qi­qət ol­ma­dı: fran­sız­la­rın “şa­ir­lər əya­lət­də do­ğu­lur, Pa­ris­də ölür­lər” mə­sə­li. O, min­bir şir­nik­di­ri­ci tək­li­fə doğ­ma Ba­kı­sı­nı, “Neft­çi”si­ni də­yiş­mə­di. Ye­nə Ni­yə? Nə üçün? tip­li su­al­lar do­ğa, fərq­li yo­zum­lar ola bi­lər. Am­ma rəmz­lər ni­şa­nə­si olan hə­yat he­ka­yə­sin­də bir hə­qi­qət də­yiş­məz­dir: – O zir­və ola­raq qa­la­caq.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan