“Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov “Sabah”la oyun haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, gənc futbolçu hakimin qərarlarını yolverilməz adlandırıb:

“Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu bizim ümumi qələbəmizdir. Hakim qərarlarına gəlincə, çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi.

Amma şəxsi fikrim budur ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddur. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu bizim qələbə qazanmağımıza mane olmadı.

Bu mənim cərimə zərbəsindən vurduğum ilk qoldur. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”.

Həmin kateqoriyadan