Ürfan Abbasov: Bakı səfərindən qələbə ilə dönəcəyimizə inanıram

Premyer liqanın 5-ci turunda “Səbail” ilə qarşılaşacaq “Qəbələ” klubu səfər matçının hazırlıqlarını Bakıda davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Ürfan Abbasov gabalafc.az saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib, rəqib və qarşıdakı matç haqda fikirlərini bildirib:

““Səbail”lə qarşılaşmaya ciddi hazırlaşırıq. Yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadır. Rəqibin təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm.

Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadır. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaq. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır. Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.

 

Həmin kateqoriyadan