“Uypeşt”in futbolçusu: “Neftçi” texnikalı futbolçulara malik yaxşı komandadır

Avropa liqasının ilk ələməsində “Neftçi”yə rəqib olan “Uypeşt” klubu qələbə barədə düşünürlər. Allsport.az saytı xəbər verir ki, rəqib öz növbəsində, İspaniya “Sevilya”sı Macarıstana gətirmək niyyətindədir. 22 yaşlı Donat Joter futbolinfo.az-a müsahibəsində həm “ağ-qaralar”ı dəyərləndirib, həm də bəzi məqamlara aydınlıq gətirib:
– Fikrimizcə, “Neftçi” güclü komandadır. Çünki Avropa liqasının təsnifat mərhələsinə vəsiqə qazanan komanda zəif ola bilməz və əminəm ki, bu, bir təsadüf deyil. Tam əminik ki, asan oyun olmayacaq. Rəqibin yaxşı təşkil olunmuş komanda olduğuna əminik.
– Azərbaycan futbolu haqqında yəqin ki, məlumatsızsınız.
– Azərbaycanda sabit bir çempionat olduğunu bilirik. Fikrimcə, normal liqadır. Bir neçə amil bilirəm ki, bunlar futbolunuzun normal səviyyədə olduğuna sübutdur.
– “Neftçi”nin hansı oyunlarını izlədiniz?
– Biz hələ ki, “Neftçi”nin heç bir oyununu izləməmişik. Amma daha çox məlumat almaq üçün araşdırmağa başlamışıq. Bizə xeyli oyun lazımdır. Düzdür, matçların icmallarına baxmışam və bəzi oyunlardan kiçik epizoldlar görmüşük. Əhəmiyyətli olan şeyləri indiyə qədər araşdırdıq. Fikrimcə, texnikalı futbolçulara malik yaxşı komandadır.
– Komandaya yeni baş məşqçi gəldiyini bilirsinizmi?
– Bəli, bunu bilirik. Roberto Bordini də yaxşı tanıyırıq. 1989-1997-ci illərdə “Atalanta” və “Napoli” kimi klublarda 200-dən çox oyun oynadı. Fikrimcə, həm futbolçu, həm də məşqçi kimi yaxşı komanda qurmaq üçün kifayət qədər təcrübəyə malikdir.
– 2 il öncə “Qəbələ” Macarıstan klubu MTK ilə Avropa liqasında qarşılaşmışdı və qalib gəlmişdi. Bunu bilirsiniz?
– Əlbəttə ki, bilirəm. Həmin oyunları xatırlayıram. Ola bilsin ki, Azərbaycan futbolu haqqında məlumatlara malik olmaq üçün həmin oyunları da izlədik.
– Növbəti mərhələyə adlasanız, rəqibiniz “Sevilya” olacaq. Və ya “Neftçi” sizi keçsə, ispanlarla qarşılaşacaq. Hər kəs düşünür ki, hər iki klub üçün hər şey sadəcə, bir mərhələdən ibarətdi…
– Əgər növbəti mərhələdə adlaya bilsək, “Sevilya”ya qarşı necə lazımdır, hazırlaşacağıq. Onlara qarşı oynamaq üçün nə lazımdırsa, edəcəyik. Gəlin, unutmayaq ki, birmənalı şəkildə “Sevilya” favoritdir və onların Avropa liqasında fantastik təcrübəsi var. Onlar 3 dəfə bu turnirin qalibi olublar. Digər tərəfdən la liqada bir çox komandaları məğlub edir, nəhəngləri udurlar. Bunlar hamısı böyük işdir. Kim şansı olacaqsa, “Sevilya”nı keçə bilər.
– “Neftçi” ilə ilk oyun Bakıda olacaq. Bu, sizin üçün yaxşı əlamətdir?
– Əlbəttə ki, bu, bizim üçün əlverişlidir. Əminəm ki azarkeşlərimiz evdəki matça böyük motivasiya ilə hazırlaşacaqlar. Çünki arenamızda ən azı 10 min nəfər olacaq. Stadionu demək olar ki, dolduracaqlar. 12-ci oyunçu kimi onları arxamıza alıb, ikinci oyunda mərhələnin taleyini həll edə bilərik.

Həmin kateqoriyadan