“Xəzər Lənkəran”la “İnter” keçmiş futbolçuları təyyarə qəzasında dünyasını dəyişib

Braziliyanın “Şapekoense” klubunun futbolçularını daşıyan təyyarə Kolumbiyada qəzaya uğrayıb. Allsport.az saytı xəbər verir ki, hava gəmisində 72 sərnişin, 9 heyət üzvü olub. Komanda Medellin şəhərinə yerli “Atletiko Nasional”la oyuna ezan edilib.

Braziliya klubu səfərə 22 futbolçu ilə yollanıb. Onların arasında “Xəzər Lənkəran”la “İnter”in müvafiq keçmiş üzvləri Vilyam Tyaqu və Joze Maşado da olub. Adı ilk çəkilən futbolçu vaxtilə “gəmiqayıranlar”da 29 matç keçirib. Maşado Bakı “İnter”in heyətində 9 görüşə çıxıb.

Qeyd edək ki, son məlumatlara görə, qəzadan sonra 13 nəfərin sağ qaldığı bildirilir. Hazırda məlumat dəqiqləşdirilir.

Həmin kateqoriyadan