- Baxış sayı: 32
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Rusiya-2018 Dünya Kubokunda finalçıların adlarına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, 1/2 finalın digər cütündə Moskvanın “Lujniki” stadionunda İngiltərə və Xorvatiya seçmə komandaları qaşılaşıblar.
Görüşdə hesabı dumanlı albionlular açsa da, 2-yarıda slavyanlar hesabı bərabərləşdiriblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, əlavə 30 dəqiqə oynanılıb. Burada Xorvatiya millisi daha 1 qol vuraraq tarixində ilk dəfə finala çıxıb.
Həlledici matçda onların rəqibi Fransa yığması olacaq.