“Yeni stadionda qalib gəlmək ayrıca ovqat yaratdı”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov Moldovaya qarşı Bakıda keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Qalib gəldiyimizə görə sevincliyəm. Yeni stadionda qələbə qazanmaq ayrıca ovqat yaratdı. Milliyə qayıtmağım məni ruhlandırdı. İnşallah, növbəti oyunlarda hər şey yoluna düşər”.

Həmin kateqoriyadan