Yunis Hüseynov: Bizim qol imkanlarımız “Keşlə”dən daha çox idi

Premyer liqanın 16-cı turunun “Kəpəz” – “Keşlə” oyunundan (0:1) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov matçla bağlı jurnalistlərə bunu deyib:

“Hər iki komanda çempionatda sonuncu yerlərdə qərarlaşıb. Sonuncu pillədən qalxmaq üçün bu gün qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq komanda yaxşı oyun göstərdi. Heç-heçəlik görüş idi. Qapımıza bir zərbə oldu və o da qolla nəticələndi. Bizim imkanımız onlardan daha çox idi.

Rəqibi təbrik edirəm. Qarşıda oyunlar var. Həmin matçlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Dario Frederiko bu gün çox istəkli idi. Azarkeşlər də onu yaxşı qarşılayıb ruhlandırdılar. Şadon Vinçester isə komandaya yeni qoşulub, tam uyğunlaşmayıb. Texnikalı futbolçudur, zamanı gələcək və qollarını vuracaq. Mən buna inanıram”.

Həmin kateqoriyadan