“Zirə” Almaniyada oynamış azərbaycanlı hücumçunu transfer edib

“Zirə” yay transfer pəncərəsində heyətinə daha bir futbolçu əlavə edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu millimizin keçmiş üzvü Pərdis Fərcad-Azadla anlaşıb.

30 yaşlı hücumçu ilə 1-illik müqavilə bağlanılıb. O, daha əvvəl Almaniyanın “Karl Tsyaysyena” və “Berliner”, ölkəmizdə isə “Sumqayıt” və “Keşlə” klublarının şərəfini qoruyub.

 

Həmin kateqoriyadan