“Zirə” karpatlara qalib gəlib

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, “Kimyaçılar” Rumıniyanın “Voluntari”
komandası ilə üz-üzə gəlib.

“Qartallar” ilk yoxlama matçını 15 yanvarda Qazaxıstanın “Taraz” klubuna qarşı keçirməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən görüş ləğv edilmişdi. Bu görüşdə qəsəbə təmsilçisi 89-cu dəqiqədə Pərdis Fərcad-Azadın penaltidən vurduğu yeganə qol sayəsində qalib gəlib.

“Zirə” Antalya toplanışı çərçivəsində Ukraynanın “Vorskla” (23 yanvar) və Makedoniyanın “Şkupi” (26 yanvar) klubları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan