“Zirə” və “Qəbələ” xal itirmədi

Premyer liqada 8-ci tur davam edir. Allsport.az saytı xəbər verir ki, mövsümə uğurlu başlayan “Zirə” öz meydanında autsayder “Kəpəz”i qəbul edib. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (3:0).

Günün digər görüşündə “Qəbələ” Sumqayıtda eyni adlı komandanın qonağı olub. Qonaqlar bu oyunda sevinən tərəf olub – 1:0.

Həmin kateqoriyadan