“Zirə”nin rəqibi dəyişib

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama oyununda rəqibində dəyişiklik edilib.

Allsport.az saytı xəbər verir ki, “qartallar” yanvarın 27-də əvvəldən nəzərdə tutulduğu Polşanın “Krakoviya” klubu ilə deyil, Rumıniya “Volentaru”suna qarşı oynayacaq.

Görüş Bakı vaxtı ilə saat 17:00-da “The Sensei de Lux” mehmanxanasının meydançasında başlayacaq.

Həmin kateqoriyadan