- Baxış sayı: 39
- 10 İyul 2026 23:44
- Baxış sayı: 103
- İyul 10, 2026
- 0

“Aston Martin”in pilotu, ikiqat dünya çempionu Fernando Alonso gələcək karyerası ilə bağlı qərarının komandanın Macarıstan qran-prisində təqdim edəcəyi yeniliklərin nəticələrindən asılı olmadığını bildirib.
Allsport.az xəbər verir ki, daha əvvəl komandanın rəhbəri Adrian Nyui AMR26 bolidinin inkişafının ispan pilotun Formula 1-də növbəti mövsüm də qalmaq qərarına təsir göstərə biləcəyini demişdi.
Alonso isə bildirib ki, qərarına yalnız bolidin rəqabət qabiliyyəti təsir etməyəcək:
“Maşının yaxşı və ya pis olmasından asılı olmayaraq, düşünməli olduğum başqa amillər də var. Ola bilsin ki, bolid əla olsun, amma yenə də bu idman növünün yanlış istiqamətdə inkişaf etdiyini düşünüm”.