- Baxış sayı: 66
- 10 İyul 2026 15:48
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Beynəlxalq gözdən əlillər idman federasiyasının (İBSA) prezidenti İlqar Rəhimov ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı Beynəlxalq inkişafa yardım agentliyi (AİDA) ilə İBSA arasında əməkdaşlıq perspektivləri, beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi, gözdən əlillər və görmə məhdudiyyətli şəxslər üçün idman sahəsində inkişaf proqramlarının dəstəklənməsi, eləcə də bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
AİDA-nın beynəlxalq inkişaf əməkdaşlığı sahəsində fəaliyyət göstərən rəsmi qurumu olaraq tərəfdaş ölkələrdə potensialın gücləndirilməsi, insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsinə töhfə verən çoxşaxəli layihələr icra etdiyini qeyd edib. Eyni zamanda, gözdən əlillər və görmə məhdudiyyətli şəxslərin idman sahəsində imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərin AİDA-nın beynəlxalq inkişaf əməkdaşlığı prioritetləri ilə uzlaşdığı vurğulanıb.
Görüşün yekununda tərəflər arasında anlaşma müqaviləsi imzalanıb.