Azərbaycan birinciliyinin açılışı

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, Bakı boks mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların keçidi ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan boks federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. Bildirib ki, ölkəmizdə boks yarışlarının keçirilməsi ənənəyə çevrilib və il ərzində bir sıra beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.

O, yarışda 319 iştirakçıdan 39-nun qız boksçu olmasına sevindiyini deyib: “Azərbaycan birinciliyinə ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Ən güclülərdən formalaşacaq yeniyetmə boksçulardan ibarət millimizdən hər il olduğu kimi, bu il də beynəlxalq arenalarda uğurlu nəticələr gözləyirik”.

Gənclər və idman nazirliyinin nümayəndəsi Mikayıl Novruzov yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra birincilik açıq elan olunub.

Fevralın 9-da başa çatacaq yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu mübarizə aparacaq. Birincilikdə oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

Həmin kateqoriyadan