- Baxış sayı: 50
- 09 İyun 2026 23:21
- Baxış sayı: 55
- İyun 08, 2026
- 0

“Qarabağ” premyer liqanın 17-ci turunda öz meydanında “Qəbələ”yə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyuna belə şərh verib:
“Dünyasını dəyişən jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin, ailəsinə səbr diləyirəm. Bizim üçün çox vacib oyun idi. Sonlara doğru komandada istər-istəməz fiziki və psixoloji yorğunluq olur.
Bu gün futbolçularım meydanda yaxşı mübarizə apardılar. Ola bilər ki, bəzi düşündüklərimiz alınmadı, amma buna baxmayaraq sona kimi yaxşı çıxış etdik”.