“Gənc iddiaçı”da 3-cü yer

İsveçin Helsinborq şəhərində təşkil olunan “Gənc iddiaçı” (“VTT Youth Contender”) turnirində baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Onur Quluzadə İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrupu lider kimi başa vurub.

Allsport.az saytı xəbər verir ki, ardınca o, İsrail və Lüksemburq idmançılarına qalib gəlib, yarımfinalda fransalı rəqibinə uduzaraq 3-cü olub. Bu gün istedadlı stolüstü tennisçi iyunun 13-dək İsveçin Halmstad şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Həmin kateqoriyadan