“O, patoloji yalançıdır”. “Qalatasaray”ın kapitanı Vanda Naranı ittiham etdi və məhkəməni qazandı

“Qalatasaray”ın kapitanı Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naraya 250.000 avro məbləğində müvəqqəti aliment ödəməyəcək. Allsport.az saytı xəbər verir ki, boşanma işi üzrə yekun qərar çıxarılana qədər gözəlşə bu məbləği almağa ümid edirdi.

Hakim bildirib ki, 39 yaşlı model və nüfuz sahibi “gənc, peşəkar ixtisaslı və dolanışıq üçün tam qabiliyyətlidir”.

“O, patoloji yalançıdır. İnsanların ona inanmağa davam etməsi təəccüblüdür. O, məni zorakılıqda yalan ittiham etdi və dəfələrlə yalan ittihamlarla evdən qovdu. O, məndən 7 milyon avro oğurladı. Həyatımdakı bu insan qızlarımın anasıdır. O, heç vaxt ailəmin bir hissəsi olmayacaq”.

Həmin kateqoriyadan