- Baxış sayı: 48
- 02 İyun 2026 20:27
- Baxış sayı: 58
- İyun 02, 2026
- 0

1-3 oktyabrda ölkəmizdə üzgüçülük üzrə dünya kuboku yarışları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq federasiyanın texniki və təşkilati tələblərinin yerinə yetirilməsi məqsədilə Bakı su idmanı sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb.
Hazırlıq dövründə idman obyektində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, yarış avadanlıqları quraşdırılacaq, texniki və inzibati zonalar yaradılacaq, həmçinin iştirakçıların, hakimlərin, beynəlxalq federasiya nümayəndələrinin, könüllülərin və təşkilat komitəsinin fəaliyyəti üçün zəruri infrastruktur hazırlanacaq. Bu səbəbdən bədii gimnastika, bədii üzgüçülük, quruya tullanma məşqləri, yapon döyüş növləri bölmələrinin, həmçinin olimpiya (50 metrlik), məşq və su polosu hovuzlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Tətbiq olunan məhdudiyyətlər yalnız dünya kubokuna hazırlıq və yarışların keçirilməsi müddətini əhatə edir və daimi xarakter daşımır. Hazırlıq işləri və beynəlxalq yarış başa çatdıqdan sonra bütün bölmələrin və hovuzların fəaliyyətinin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur. Qərar yalnız beynəlxalq idman tədbirinin təşkili ilə bağlı yaranmış təşkilati, texniki və təhlükəsizlik tələblərindən irəli gəlir.