Sərbəst güləşdə köklü dəyişiklik

Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən düzəlib. Allsport.az saytı xəbər verir ki, Arif Abdullayev böyüklərə cəlb edilib.

Gənclərdə böyük məşqçi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən HacıyevNazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Yeniyetmələrdə böyük məşqçilik Hacı Əliyevə həvalə edilib. Heyətdə Qırxlar Bədəlov, Allahverdi VəliyevYaşar Əliyev də yer alıblar.

U-15 millisində böyük məşqçi Emin Əzizov olub. Bu komandada digər məşqçilər Elşad AllahverdiyevƏliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi kimi dəstək verəcək.

Həmin kateqoriyadan