Silahlı qüvvələr gününə ümumrespublika məşğələsi

Azərbaycan – Braziliya ciu-citsu ictimai birliyinin təşkilatçılığı ilə Silahlı qüvvələr gününə ümumrespublika məşğələsi olub. Allsport.az saytı xəbər verir ki, seminar ölkəmizdə bu idman sənətinin banisi Taleh Həsənov tərəfindən keçirilib. Əsas məqsəd, qara kəmər sahibləri və yeni qoşulan idmançılar barədə məlumatın verməsi idi.

Sonra ictimai birliyin prezidenti Aqil Acalov silsilə tədbirlərin tarixi günlərə həsr olunması və Silahlı qüvvələr günü haqqında danışıb, bu yaxınlarda milli komandanın Avropa çempionatında 4-cü yeri tutması münasibətilə idmançıları təbrik edib.

Tədbir, dövlət himni və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub. İdmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələri ilə təltif olunublar. Seminarın sonunda idmançılara əldə etdikləri yeni dərəcə kəmərləri təqdim edilib.

Həmin kateqoriyadan