Millimizin baş məşqçisi Vyetnamda təlim keçib

2–7 iyunda Vyetnamın Dananq şəhərində Beynəlxalq olimpiya komitəsi və Dünya güləş birliyinin birgə çimərlik güləşində 2-ci səviyyə məşçi kursu təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin BOK-un müşahidəçisi, DGB-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun çimərlik güləşi komitəsinin azəbaycanlı üzvü Oyan Nəzəriani keçib. Həmyerlimiz, həmçinin, millinin bu növdə baş məşqçisidir.

6 gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları, nəzəri və praktiki təlimlər keçirilib. Proqram çərçivəsində DGB-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb. Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan