- Baxış sayı: 73
- 25 İyul 2026 16:10
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Niderland millisinin müdafiəçisi Ürrien Timber 2026-cı il Dünya Kubokunu buraxacaq. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı futbolçu qasıq zədəsindən tam sağalmayıb.
Tibbi heyətlə məsləhətləşmələrdən sonra, onun Özbəkistanla yoldaşlıq oyunundan sonra seçmədən kənarlaşdırılması qərara alınıb.
“Narıncılar”ın baş məşqçisi Ronald Kuman bu futbolçunun yerinə “Sanderlend”in müdafiəçisi Lütsharel Qeytreydi dəvət edib.
Nideland millisi Dünya Kubokunun qrup mərhələsində Yaponiya, İsveç və Tunislə qarşılaşacaq.