“Fulhem”də yarpaq tökümü: Ximenes və daha 13 futbolçu “bağ evi sakinləri”ni tərk etdi

London klubu, hücumçu Raul Ximeneslə müqaviləni uzatmayıb.

Allsport.az saytı xəbər verir ki, 35 yaşlı hücumçudan əlavə, qapıçı Stiven Benda, müdafiəçi Devan Tanton və 11 gənc oyunçu komandadan ayrılıb:

Çarli Robinson, Bredli de Xesus, Olli Qofford, Cozef Uolters, Tom Uinqeyt, Kallum Klif, Marsel Hol, Ruban Xan, Oliver Mayer, Harli Platel və Kuin Şutter.

21 yaşlı Çarli Robinson dizində nöqsana görə futboldan ayrılsa da, klubda akademiya məşqçisi kimi qalacaq.

Həmin kateqoriyadan