- Baxış sayı: 19
- 03 İyun 2026 14:20
- Baxış sayı: 19
- İyun 03, 2026
- 0

“Mançester Yunayted” və “Real Madrid” klublarının keçmiş futbolçusu və “İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem Hollivud “şöhrət xiyabanı”nda idman əyləncəsi kateqoriyasında ulduzla təltif olunacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə tədbirin rəsmi saytında məlumat verilib.
Hollivud ticarət palatası tərəfindən təşkil edilən mərasim 12 iyunda keçiriləcək. Mükafat onun ABŞ-da futbolun populyarlaşmasına verdiyi böyük töhfəyə görə verilir. Həyat yoldaşı Viktoriya Bekhem və yaxın ailə dostu aktyor Tom Kruz tədbirdə salamlama nitqləri ilə çıxış edəcəklər.