ACF-in meneceri hakimliyin inkişafında böyük işlər görür

Azərbaycan cüdo federasiyasının 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax daxil olmaqla, ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verməsi, Bakı və ətrafda 202 idman qurğuna cəmdə 14300 tatami paylaması uğurlu və təqdirəlayiq addımdır. Digər müsbət məqam hakimliklə bağlıdır.

ACF-in hakimlər komitəsinin meneceri Mətin Rəhimli yeni yerli ədalət qoruyucuları yetişdirməkdə davam edir. O, əvvəlki rəhbərlik – Rövnəq Abdullayev, Sadıq Sadıqov, Elmar Babanlının dönəmində ACF-də işə düzəlib və qısa zamanda “A” dərəcəli referiliyə, eləcə də hakimlər komitəsinin sədrliyinə qədər yüksəlib.

2021-ci ilin noyabrında federasiyada rəhbər dəyişikliyindən bir müddət sonra, o bu vəzifəsini itirib. Onun yerinə ACF prezidentinin müşaviri Natiq Bağırov keçib. Son dövrdə cüdo hakimliyində çoxlu söz-söhbətlər və qalmaqallar da müşahidə olunub. Buna rəğmən, Mətin Rəhimli ictimai birliyin rəhbəri Rəşad Nəbiyevin və baş katib Rəşad Rəsullunun daim etimadını qazanıb. Hazırda komitədə söz sahiblərindən biridir.

O, keçmiş rəhbərliyin dönəmində cüdo hakimliyi ilə bağlı kitab da yazıb, amma sonra baş verən dəyişikliklə bağlı istəyi həyata keçməyib. Fərəhlidir ki, indi onun yolunu oğlu Vilayət Rəhimli davam etdirir. Bu sənətdə yeni olsa da, bacarığı ilə sürətlə irəliləyir, hər yarışda yüksək ballar alır, yaxın gələcəkdə beynəlxalq dərəcəyə namizəddəndir. Mətin Rəhimlinin sabah evində xeyir iş də var – qız övladı ailə qurur. Təki bütün işlər xeyirlə bitsin…

Həmin kateqoriyadan