- Baxış sayı: 33
- 09 İyun 2026 17:15
- Baxış sayı: 50
- İyun 08, 2026
- 0

“Mən uşaqlıq dövründən 2 ölkəyə azarkeşlik edirəm. Bunlar Portuqaliya və Niderlanddır”.
Allsport.az saytı xəbər verir ki, Beynəlxalq maliyyə və bankçılıq sammiti çərçivəsində Milli olimpiya komitəsi (MOK) ilə “Visa” şirkəti arasında əməkdaşlıq müqaviləsindən sonra bunu KİV üçün təçkil olunan ayaqüstü açıqlamada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dedi. Onun sözünə görə, buna səbəb həmin millilərin ulduz futbolçuları olub:
“Portuqaliya komandasını Eysebioya görə bəyənmişəm. Niderlandı isə, Yohan Kroyfu çox sevdiyim üçün. Onların dövründən oyunlara maraqla baxıram. Yenə də həmin komandalara azarkeşlik edəcəyəm”.
MOK rəsmisi Türkiyə futbolçularını da mükafatçılar sırasında görür: “Türkiyə millisi 2002-ci ildə Yaponiya və Koreyada keçirilən dünya çempionatında 3-cü yer tutmuşdu. İndiki heyət həmin komanda səviyyəsinə yaxındır. Düşünürəm ki, Türkiyə futbolçuları bu yarışda çox yaxşı mübarizə göstərəcəklər”.