- Baxış sayı: 83
- 12 İyun 2026 15:59
- Baxış sayı: 39
- İyun 15, 2026
- 0

Azərbaycan milli antidopinq agentliyinin müşahidə şurasının iclasında yeni strategiya layihəsi müzakirə olunub. Allsport.az saytı xəbər verir ki, iştirakçılar missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və müşahidə şurası tərəfindən təsdiq edilib.
Bununla yanaşı, agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.