Azərbaycan və Serbiya arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Azərbaycan və Serbiya arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Zoran Qayiçi qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə 2 ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya idman nazirinin müşaviri Zelko Traykoviç, Serbiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.

Həmin kateqoriyadan